Modern.az

Yol polisi gücləndirilmiş iş rejiminə keçdi

Yol polisi gücləndirilmiş iş rejiminə keçdi

29 Dekabr 2015, 15:42


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında yol polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bu haqda Modern.az saytına Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

Onun fikrincə, bayram günlərində zəruri tədbirlərin görülməsi vacibdir: “Buna görə də polislərimiz gücləndirilmiş iş saatında xidmət edəcəklər.

Paytaxt Bakının inzibati ərazisi olan küçə və prospektlərinə yaxın məsafələrdə tədbirlərin keçirilməsi ilə əlaqədar həmin ərazilər tam nəzarətə götürüləcək”.  

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!