Modern.az

“Ermənistan Qarabağdan çağırılan, “drujinnik”lərin və Yaxın Şərqdən gələn muzdluların ölümünü gizlədir”

“Ermənistan Qarabağdan çağırılan, “drujinnik”lərin və Yaxın Şərqdən gələn muzdluların ölümünü gizlədir”

Təhsil

29 Dekabr 2015, 16:07

“Ermənistan kütləvi informasiya vasitələrinin 2015-ci il ərzində öz ordusundakı döyüş və qeyri-döyüş itkiləri ilə bağlı statistika həqiqi rəqəmlərin sayına qismən belə yaxın deyil”.

Bunu Modern.az saytının sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, Ermənistanda açıqlanan sonuncu rəsmi məlumatlara görə, 2015-ci ildə düşmən ordusu 71 hərbi qulluqçusunu itirib, 69 hərbçi isə yaralanıb.
 
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə Modern.az-a bildirilib ki, hər döyüş toqquşmasında erməni tərəfi iki-üç qat artıq itki verir.

“Dağlıq Qarabağdan orduya çağırılan, “drujinnik” adı ilə səngərlərə yerləşdirilən mülki əhali, Yaxın Şərqin müxtəlif qaynar nöqtələrindən cəlb edilən muzdlular arasındakı itkilər də onların təqdim etdiyi statistikaya qəsdən daxil edilmir. Əksər hallarda isə döyüş itkiləri müxtəlif qəzalar, xəstəliklər, bədbəxt hadisələrdən ölüm halları adı altında ortalığa çıxarılır. Bu itkiləri də hesablasaq, il ərzində Ermənistan silahlı qüvvələrinin yüzlərlə itki verdiyi  bəlli olur.

Ordumuz cəbhədə düşməni sakit oturmağa qoymamaq, əldə etdiyi üstünlüyü artırmaq, torpaqlarımız işğaldan tam azad edilənədək düşmənə daha sarsıdıcı zərbələr endirməyi davam etdirmək əzmindədir”,-deyə Müdafiə Nazirliyindən Modern.az-a bildiriblər.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!