Ermənistan hökuməti dövlət aparatında ixtisarlar aparmaq üçün addımlar atacaq.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Ovik Abramyan jurnalistlərə açıqlamasında deyib.
Hökumət başçısı bildirib ki, dövlət aparatının optimallaşdırılması istiqamətində addımlar atılacaq və 2016-cı ildə yeni yanaşmalar tətbiq ediləcək.“Yeni tələblər irəli sürüləcək, xərclər azaldılacaq. Bizim hamımız xərcləri məhsuldar şəkildə həyata keçirmək niyyətindəyik”. Bununla yanaşı o, hansı nazirliklərdə ixtisarların olacağını deməyib.
Aqşin Kərimov