Modern.az

Cavid Hüseynovun işinə Səbail Məhkəməsində baxılacaq

Cavid Hüseynovun işinə Səbail Məhkəməsində baxılacaq

Təhsil

29 Dekabr 2015, 16:48

Xəbər verildiyi kimi, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyüləndən sonra vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi 22 dekabr 2015-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılmış cinayət işi üzrə ibtidai istintaq 29 dekabr 2015-ci il tarixdə tamamlanıb.

Bakı şəhər Prokurorluğundan Modern.az-a verilən məlumata görə, cinayət prosesinin iştirakçıları cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcək.

 “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun vəkili Adəm Məmmədov Modern.az-a bildirib ki, futbolçunun işinə Səbail rayon Məhkəməsində baxılacaq.

Bakı şəhər sakini, ann.tv-nin reportyoru Rasim Əliyev avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!