Modern.az

Xəzər TV yeni binaya köçdü - FOTO

Xəzər TV yeni binaya köçdü - FOTO

Təhsil

30 Dekabr 2015, 16:26
Bu gün “Xəzər Televiziya və Radio Yayımları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yeni inzibati binasının açılışı olub. 
 
APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, KİV rəhbərləri iştirak ediblər. 
 
“Xəzər Televiziya və Radio Yayımları” MMC-nin Xətai rayonunda yerləşən inzibati binasında ümumilikdə 265 otaq var. Binada sahəsi 1000 kv.m olan böyük şou studiyası, 3 efir studiyası, 2 avtodayanacaq, Xəzər-Media Təlim Mərkəzi, jurnalistlərin övladları üçün uşaq bağçası, tibb otağı var. 



Modern.az
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi