Modern.az

Əlverişsiz hava şəraiti İstanbul-Bakı aviareyslərində problem yaradıb

Əlverişsiz hava şəraiti İstanbul-Bakı aviareyslərində problem yaradıb

Təhsil

31 Dekabr 2015, 09:14


Türkiyədə güclü qar yağması səbəbindən Bakı və İstanbul arasında iki aviareysin həyata keçirilməsi 2 saat gecikir. Bu barədə Modern.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Hava limanından qeyd ediblər ki, İstanbuldan Bakıya aviareyslər 2 saat yubanır ki, bu da Türkiyə ərazisində müşahidə edilən əlverişsiz hava şəraiti ilə əlaqədardır.

Aviareyslər Sabiha Gökçen adına İstanbul Beynəlxalq hava limanında və İstanbulun Atatürk hava limanında həyata keçirilir.

Türkiyə KİV-in məlumatına görə, ölkədə pis hava şəraiti ilə əlaqədar İstanbul məktəblərində tətil elan edilib.                               

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?