Modern.az

Nargindən Sarıqamış şəhidliyinə torpaq aparıldı

 Nargindən Sarıqamış şəhidliyinə torpaq aparıldı

Təhsil

31 Dekabr 2015, 21:50


31 dekabr - həmrəylik, hədəflər uğrunda səfərbərlik, dirəniş, toparlanma, birlik və bərabərlik günüdür. Artık Azərbaycan türkünün missiyası, həm də Türk dünyasının həmrəyliyinə töhvə verməkdir. 101 il öncə Osmanlı ordusu Allahüəkbər dağlarını aşaraq  Türkiyəni, həm də Qafqazı işğalçılardan təmizləmək üçün yola çıxdılar. Təəssüf ki, əsgərlərin əksəriyyəti qışın görünməmiş şaxtası səbəbindən donaraq şəhid oldular, bir hissəsi isə Ruslara əsir düşdülər. Əsir düşən 12 minə yaxın mehmetcik məhz Azərbaycana, Nargin adasına yerləşdirildi. O vaxtkı Bakının Rus və erməni işğalı altında olması faktı Türk əsirlərinin başına hansı olmazın oyunların açılması haqda təsəvvür yaradır. Aclıqdan, işgəncələrdən əksəriyyəti şəhid edilir və toplu halında quyularda basdırılırlar. Az bir hissəsi, cəmi 12 nəfəri müxtəlif vasitələrlə ölüm düşərgəsindən qaça bilmişlər.

Modern.az saytı xəbər verir ki, yanvar ayının 1-dən 4-dək Sarıqamışda şəhidlərin 101 illiyinə həsr olunan anım törəni təşkil ediləcək. Məhərrəm Yıldız, televiziya müxbirləri Hakan Kılıc və Atilla Bayramoğlu ilə Nargin adasındakı Sarıqamış şəhidlərini anmaq üçün ziyarətimiz şətin də olsa baş tutdu. Şəhidlərin xatirəsinə dualar verdik,  qırmızı qərənfilləri simvolik şəhidliyə və xəzər dənizinə səpdik. Eyni zamanda şəhidlərin qanı hopmuş Nargin torpağı götürdük. Bu torpaq yanvar ayının 3-də Sarıqamışda şəhidlərin uyuduğu torpaqla qarışdırılacaq. Bu mərasimi Qars Sərhəd boyu dərnəyinin başkanı, “Borçalı” Cəmiyyətinin Türkiyə  təmsilçisi Məhərrəm Yıldız tərəfindən gerçəkləşdiriləcəkdir.  

Hesab edirik ki, Nargin adasında Sarıqamış şəhidlərinə xatirə abidəsinin qurulması və adanın geniş kütlələrə açılması üzərində düşünmək olar.  

Şəhidlərimizin ruhları şad olsun. Ulu Tanrı Türk dünyasına yar olsun.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?