Modern.az

Mədət Quliyev Yeni ili döyüşçülərlə qarşıladı

  Mədət Quliyev Yeni ili döyüşçülərlə qarşıladı

31 Dekabr 2015, 23:37


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev bu saatlarda - Yeni ilin gəlişi ərəfəsində DTX-nin xüsusi qoşun hissəsinə baş çəkib. Modern.az saytı xəbər verir ki, bu barədə virtualaz.org saytına DTX-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, xidmət rəisi hərbi hisssəyə döyüşçüləri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etmək üçün gedib.  

Döyüşçülər qarşısında çıxış edən Mədət Quliyev Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin DTX qarşısında qoyduğu yeni vəzifələr haqda danışıb. General əsgərləri Azərbaycan dövlətçiliyi qarşısında səmimi və fədakar xidmət aparmağa çağırıb.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?