Yeni il gecəsi, Dubayda, 63 mərtəbəli oteldə baş verən yanğının ardından hadisəni əks etdirən fotolar yayımlanıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, fotolar yanğın zamanı dəyən maddi ziyanı təsəvvür etməyə kifayət edir.
Birləşmiş Ərəb Əmirliklərinin ticarət mərkəzi Dubayda 2016-cı ilə sayılı saatlar qalan zaman 63 mərtəbəli, 5 ulduzlu “Address Downtown” adlı oteldə yanğın baş verib və aralarında infarkt keçirən bir nəfərin də olduğu 16 şəxs yaralanıb. 20-ci mərtəbədə baş verən və qısa müddətdə binanı əhatə edən yanğın tez bir zamanda söndürülsə də, otelə böyük miqdarda ziyan dəydiyi istisna edilmir.Qeyd edək ki, yanğına baxmayaraq Dubayda yeni il tədbirləri təxirə salınmayıb.