Modern.az

E-xidmətlərindən istifadəni asanlaşdıracaq daha bir addım

 E-xidmətlərindən istifadəni asanlaşdıracaq daha bir addım

2 Yanvar 2016, 20:02

 

Azərbaycanda onlayn rejimdə elektron sənədlərin imzalanması üçün "Online Signer" proqram təminatı "Java" texnologiyalarının dəstəklənmədiyi "Google Chrome"un son versiyalarında istifadə etmək məqsədilə adaptasiya edilib.   Modern.az saytı xəbər verir ki, bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat yayıb.

Məlumata görə, onlyan rejimdə elektron imza dəstəyini təmin edən softun yeni komponentini e-imza.az saytından yükləmək olar. Distrubutiv Microsoft Windows 7, Windows 8.1 və Windows 10. əməliyyat sistemlərində işləyir.

Yeni həllin hazırlanmasında əsas məqsəd elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinin genişləndirilməsi, vətəndaşların "Elektron hökumət" portalında (e-gov.az) əlçatan olan dövlət qurumlarının elektron xidmətindən istifadəsinin asanlaşdırılmasından ibarətdir.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?