|
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.
Modern.az saytı xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirlib.
“Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri fasiləsiz olaraq özüldəki yanğının söndürülməsi, aidiyyəti qurumlarının qüvvələri isə itkin düşənlərin axtarış işlərini həyata keçirir”,-deyə FHN-nin məlumatında qeyd edilib.
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündəki qəza ötən ay - 4 dekabr tarixində baş verib. Qəza nəticəsində 22 neftçi nin meytiti hələ də tapılmayıb.
Modern.az