Modern.az

İki cəsədi gətirmək üçün Bakıdan Türkmənistana təyyarə göndərildi

İki cəsədi gətirmək üçün Bakıdan Türkmənistana təyyarə göndərildi

4 Yanvar 2016, 11:01


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda  2 kişi cəsədi aşkar edilib  və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində “Azneft” sözləri yazıldığı müəyyən edilib.

Məlumat daxil olduqdan sonra  FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?