Balakən şəhərindəki “Azəryem Sənaye MMC”ə məxsus zavodun ərazisində güclü partlayış baş verib.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, 04.01.2016-cı il təxminən, saat 10:30 radələrində Balakən şəhərində “Azəryem Sənaye MMC”ə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib. Hazırda FHN-nin və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək.
Modern.az