Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və 'Günəşli' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
Modern.az saytı xəbər verir ki, Xəzər dənizinin Türkmənistan sektorunda iki cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və SOCAR-ın Azneft İB-nin işçiləri ilə birlikdə cəsədlərin tanınması və Respublikaya gətirilməsi üçün Türkmənistana yola düşüb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən Modern.az-a verilən məlumata əsasən, tapılanlar "Günəşli" yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir.
Modern.az