Son günlər bəzi kütləvi informasiya vasitələrində Türkiyənin Adana vilayətində A(H1N1) “donuz qripi” virusuna yoluxduğu ehtimal olunan 3 nəfərin dünyasını dəyişməsi barədə məlumat yayılıb.
Dövlət Gömrük Komitəsi vətandaşların diqqətinə çatdıraraq bildirir ki, qeyd olunan A(H1N1) virusu Azərbaycan Respublikasının sərhəd gömrük-keçid məntəqəlırində qeydə alınmayıb.
“Hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlər davamlı surətdə aparılır, ümumi vəziyyət nəzarət altındadır. Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyinin müvafiq qurumları qarşılıqlı əlaqədədir, sərhəd gömrük-keçid məntəqəlırində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlər həyata keçirilir. Gömrük-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə vəziyyətə nəzarət olunur. Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır, yüksək hərarəti və xəstəliyə yoluxma əlamətləri aşkar edilərsə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”,-deyə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Modern.az