BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Səudiyyə Ərəbistanı və İrana yollanıb. Modern.az xəbər verir ki, bu barədə APA AFP agentliyinə istinadən məlumat yayıb. Məlumata görə, BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, S. de Mistura əvvəl Ər-Riyadda, sonra isə Tehranda danışıqlar aparacaq.
“Səfərin məqsədi iki ölkə arasında yaranmış gərginliyi azaltmaqdır”, - deyə S.Düjarrik qeyd edib.
Bu arada Səudiyyə Ərəbstanının Mülki Aviasiya İdarəsi İranla hava əlaqələrini dayandırıb. Səudiyyə Ərəbstanının İranla diplomatik əlaqələrin kəsilməsi ilə bağlı bəyanatından çıxış edən Mülki Aviasiya İdarəsi də İrana və geriyə olan bütün uçuşları dayandırıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranla bütün diplomatik əlaqələrini kəsib. İran parlamenti isə şiə din xadimi Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam olunması ilə əlaqədar Xarici İşlər Nazirliyini rəsmi Ər-Riyadla əlaqələri kəsməyə çağırıb.
Modern.az