Modern.az

Obama “silah lobbisi”nə qarşı müharibəyə başladı

Obama “silah lobbisi”nə qarşı müharibəyə başladı

5 Yanvar 2016, 11:36


Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama silah dövriyyəsinə nəzarəti gücləndirən qanun layihəsini qəbul etməyə hazırlaşır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Konqresin çoxillik etirazına baxmayaraq, Obama qərarın qəbul olunmasında israrlıdır.

O, Federal Təhqiqatlar Bürosunun rəhbəri və ədliyyə naziri ilə görüşdükdən sonra planlarını açıqlayıb.

Yeni qanuna görə silah satışı ilə məşğul olan hər kəs müvafiq lisenziya almalıdır və silah satdığı müştərinin keçmişini araşdırmalıdır. Federal Təhqiqat Bürosu isə silah tacirlərinə nəzarət üçün əlavə 200 işçi götürəcək.

Barak Obama qanunu qüvvəyə minməsi üçün Konqresin razılığını almamaq hüququnun olduğunu deyib.

Silah gəzdirmək hüququ amerikalılara konstitusiyanın 2-ci düzəlişinə əsasən verilib.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?