İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanını diplomatik münasibətlərin kəsilməsinə görə kəskin tənqid edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iranlı dövlət başçısı qonşu dövləti “cinayətkar” adlandırıb.
“Səudiyyə Ərəbistanı cinayətini – dini lideri edam etməsini diplomatik əlaqələri kəsməklə gizlədə bilməyəcək”.
Rəsmi Ər-Riyad isə şiə lideri Nimr ən-Nimrinin və daha 46 nəfərin edamını “ədalətli və düzgün” məhkəmə qərarı əsasında icta etdiklərini bildirib.
Vüqar İsmayılov