Modern.az

Tikinti şirkətlərinə "toy" kimi xəbər

Tikinti şirkətlərinə "toy" kimi xəbər

5 Yanvar 2016, 14:52

“Lisenziyalar və icazələr haqqında” qanun layihəsi birinci oxunuşdan keçib. Konkret hansı sahələrə lisenziyalar veriləcəyini prezident İlham Əliyev təsdiq edib.

Bu haqda Modern.az saytına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, ümumilikdə lisenziyaların sayının maksimum dərəcədə azaldılması nəzərdə tutulub:

“Layihədə dövlət təhlükəsizlik məsələlərini həll edən sahələrə lisenziya verilməsi göstərilib. Qanuna edilən əlavəyə əsasən, lisenziyaların sayı kəskin azaldılıb. Qanun layihəsi ikinci oxunuşdan keçəndə hamı siyahı ilə tanış ola biləcək. Ümumiyyətlə, bu barədə təkliflərimiz olub, biz, bütün lisenziyaların “ASAN xidmət” tərəfindən verilməsinin tərəfdarıyıq.

Hesab edirəm ki, lisenziyaların sayının azaldılması bürokratiyanın, insanları narahat edən problemlərin aradan qaldırılmasına, şəffaflığın təmin edilməsinə, xidmət edəcək.

Lisenziyaların verilməsinin “ASAN xidmət”ə həvalə olunması insanların işini asanlaşdıracaq, onları lazımsız süründürməçilikdən xilas edəcək”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?