Modern.az

Bakıda nazirlikdə faciə: xanım işçi pəncərədən yıxılıb öldü

Bakıda nazirlikdə faciə: xanım işçi pəncərədən yıxılıb öldü

Təhsil

6 Yanvar 2016, 13:07


Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ölüm hadisəsi baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. 1971-ci il təvəllüdlü Təranə Nağı qızı Cəfərova binadan düşərək ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən sayta faktı təsdiqləyiblər. Bildirilib ki, dünyasını dəyişən T. Cəfərova Baş İdarədə xadimə işləyib.

O binanın pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

Modern.az    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?