Modern.az

Hüquq müdafiəçisi Baş Prokurorluğa çağırılıb

 Hüquq müdafiəçisi Baş Prokurorluğa çağırılıb

6 Yanvar 2016, 21:17

 

“Siyasi Məhbuslarsız Azərbaycan” qeyri-hökumət təşkilatının koordinatoru və Milli Şuranın üzvü Oqtay Gülalıyev yanvarın 6-da axşam Baş Prokurorluğa çağırılıb. Modern.az xəbər verir ki, bu barədə "Turan" İnformasiya Agentliyi məlumat yayıb. Məlumata görə, çağırışın səbəbləri açıqlanmayıb.

Yalnız o məlumdur ki, bundan öncə O.Gülalıyev cəzaçəkmə yerlərində siyasi məhbusların vəziyyətinə dair hesabat hazırlayaraq dərc etdirib.  

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək