Modern.az

Hindistanda ağır qəza -13 ölü, 16 yaralı

 Hindistanda ağır qəza -13 ölü, 16 yaralı

Təhsil

6 Yanvar 2016, 23:20


Hindistanın şərqindəki Tripura ştatında ağır yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, nəticədə ən azı 13 nəfər həyatını itirib, daha 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə Tripura şəhərindən 80 km uzaqlıqda baş verib. Məlumata görə, sürücü avtobusun təkəri partladığından idarəetməni itirib və avtomobil suya düşüb.  

Yerli polis 6 nəfərin qəza yerində, 7 nəfərin isə xəstəxanada həyatını itirdiyini açıqlayıb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış