Vətəndaş müharibəsinin davam etdiyi Yəməndə prezident Əbu Rəb Mənsur Xalinin tərəfdarları husiləri məğlub edərək Qırmızı dəniz sahilində yerləşən strateji Maydi limanını ələ keçiriblər.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin şimal-qərbində yerləşən şəhər husilər üçün silah daşımalarında əsas mərkəz rolunu oynayırdı. Maydinin alınmasında Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya da önəmli rol oynayıb.Şəhər bir neçə il idi ki, husilər və eks-prezident Əli Abdulla Salehin tərəfdarlarının nəzarətində idi.
Yəməndə ötən ilin martından başlayan vətəndaş müharibəsi azı 12 min insanın həyatına son qoyub.
Vüqar İsmayılov