
2015-ci ilin yekunları ilə bağlı dünyanın ən nüfuzlu çempionatlarının adı açıqlanıb. Modern.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı siyahıda Azərbaycan Topaz Premyer Liqası 38-ci pilləni tutub. 2014-cü illə müqayisədə ölkəmizin futbol çempionatı 1 pillə geriləyib.
Dünyada ən nüfuzlu futbol çempionatı İspaniyada, sonra isə İtaliyada keçirilir. Ötən mövsüm klubları beynəlxalq yarışlarda uğurla çıxış edən Almaniya 3-cü, mövsümü zəif başa vuran İngiltərə isə 7-ci pillədə qərar tutub.
1. İspaniya 1262 bal
2. İtaliya 1177 bal
3. Almaniya 1044 bal
4. Argentina 990 bal
5. Fransa 914 bal
6. Braziliya 899 bal
7. İngiltərə 887 bal
8. Portuqaliya 726 bal
9. Belçika 725 bal
10. Rusiya 715 bal
17. Türkiyə 613 bal
20. Meksika 595 bal
38. Azərbaycan 445 bal
40. Qazaxıstan 413 bal
Vüqar İsmayılov