Modern.az

Zərbədən 15 metr kənara düşən sürücü dünyasını dəyişib

  Zərbədən 15 metr kənara düşən sürücü dünyasını dəyişib

Təhsil

8 Yanvar 2016, 00:07


Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının 467-ci kilometrliyində qeydə alınıb. 26 yaşlı Oruc Əliyevin sükanı arxasında olduğu "Naz Lifan" markalı avtomobil idarəetməni itirərək əvvəlcə bayraq meydanının bardürünə, daha sonra isə rayon sakini Əli Cəfəroğlunun idarə etdiyi "VAZ 21 06"ya dəyib.

"Naz Lifan"dan 15 metr kənara düşən sürücü hadisə yerində dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, qəza yüksək sürət nəticəsində baş verib. Qəza zamanı "VAZ"ın sürücüsü xəsarət almayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.    

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək