Modern.az

Leyla Əliyeva uşaqları bayram münasibətilə təbrik edib

Leyla Əliyeva uşaqları bayram münasibətilə təbrik edib

Təhsil

8 Yanvar 2016, 09:06


Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva uşaqları Yeni il və Milad bayramı münasibətilə təbrik edib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə Fondun nümayəndələri 1000 kitab və şirniyyatı aztəminatlı ailələrin uşaqları və bazar günü məktəblərinin şagirdləri üçün Xilaskar İsa Kafedral Kilsəsinə veriblər.

Bayram günlərində Rusiyanın 30 regionunda uşaq evlərinin sakinləri də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından Milad hədiyyələri alıblar.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək