Qazaxıstanın milli valyutası tenge növbəti dəfə ucuzlaşaraq, tarxində ən aşağı səviyyəsinə enib.
Modern.az saytı Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bugünkü birjalarda 1 dollar 351,85 tengeyə dəyişdirilir. Qazaxıstan pulunun bundan əvvəl tarixində ən aşağı kursu dekabrın 21-də olmuşdu: 1 dollar=349 tenge.
Qazaxıstan 2015-ci il avqustun 20-dən üzən məzənnəyə keçib. Elə həmin gün tenge 35% dəyər itirərək dollara qarşı 188-dən 255 tengeyə qədər ucuzlaşmışdı.
Vüqar İsmayılov