Modern.az

ABŞ şirkəti 4500 nəfəri işdən azad edib

ABŞ şirkəti 4500 nəfəri işdən azad edib

8 Yanvar 2016, 11:18

ABŞ-ın 157 illik pərakəndə mağazalar şəbəkəsi olan “Macys” 36 mağazasını bağlayaraq  4 min 500 işdən çıxarma qərarını qəbul edib.

Modern.az  xarici KİV-ə istinadən xəbər verir ki, tətil dövründə satışlarında böyük azalma yaşayan  “Macys”  yenidən qurulmağa hazırlaşır.

Firma bu  il ərzində 20 əyalətdə 36 mağazasını bağlayacaq və daha 4 min 500 işçisini də işdən çıxaracaq.

İdarəetmə ofisləri əsasən Nyu-York və Cincinnati şəhərlərində olan  məşhur pərakəndə ticarət şəbəkəsinin ABŞ daxilində 420-dən çox mağazasında təxminən 163 min nəfər çalışır.

Nəhəng ticarət şəbəkəsinin icraçı direktoru Terri Lundgren firmadakı mövcud vəziyyəti belə şərh edib :

“Papaq, çəkmə ayaqqabılar, qış gödəkçələri kimi satışların az olmasına və xarici turistlərin alıcılıq qabiliyyəti düşdüyünə görə satışımız 80 faiz zəifləyib”.

Ağa  Akifoğlu

 
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək