Modern.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdirindən valideynlərə TƏNQİD

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdirindən valideynlərə TƏNQİD

8 Yanvar 2016, 11:32

“Valideynləri məktəbin bütün işlərində görmək yaxşı olardı. Təəssüf ki, münasibətlər düzgün tənzimlənmədiyindən məktəbdə valideynlərin davamiyyəti azalır, hətta onların valideyn iclaslarına gəlməmək kimi halları da müşahidə olunur”.
Modern.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri Məhəbbət Vəliyeva deyib.

O qeyd edib ki, bununla bağlı mexanizmlər işlənib hazırlanmalıdır ki, münasibətlər düzgün şəkildə və istiqamətdə qurulsun.

“Münasibətlər nə qədər sıx və davamlı olsa, uşağın gələcək taleyi bir o qədər yaxşı olar. Həmçinin, uşağın gələcəkdəki düzgün və səmərəli həyatında məktəb də öz üzərinə düşən işi layinqincə yerinə yetirilməlidir. Ona görə də bu məsələyə yeni prizmadan yanaşmaq lazımdır. Təəssüf ki, münasibətlər düzgün tənzimlənmədiyindən məktəbdə valideynlərin davamiyyəti azalır, hətta onların valideyn iclaslarına gəlməmək kimi halları da müşshidə olunur. Bu səbəbdən də uşaqlar təhsil problemlərinin içərisində təkbaşına qalır. Valideyn məktəb illərinin ən gözəl mərhələsində övldanın yaşadığı xoş anların şahidi olmaq imkanını itirir. Məktəb icmaları layihəsi də, məhz bu münasibətlərin möhkəmlənməsi baxımından əhəmiyyətlidir".

M.Vəliyeva əlavə edib ki, ailədə uşağın tək olmasının üstünlüyü varsa da, müəyyən problem də yaranır.

“Valideyn düşünməlidir ki, şagird məktəbdə mürrəkəb münasibətlər sisteminə qoşulur. Başqalarının hörmətini, rəğbətini qazanmaq üçün valideynlər öz uşaqlarına düzgün tərbiyə etməlidirlər. Çünki uşaqlar məktəblərdə daim ünsiyyət problemi ilə qarşılaşırlar. Məktəb tərəfindən yardılan hər bir şərait uşaqlarda yeni bacarıqlar formalaşdırır. Uşaq yaşlarında məktəb illərində uşaqların hər zaman valideynə ehtiyacı olur. Valideyn gərək bu illərdə məktəb fəaliyyəti ilə yaxından tanış olsun. Əsas problem odur ki, hələ də cəmiyyətdə valideyn institutları formalaşmayıb. Bu da çatışmazlıqdır. Yaxşı valideyn olmaq üçün insan öz üzərində çox çalışmalıdır. Düşündüyümüzdən də çətin vəzifədir valideyn olmaq". 

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək