Modern.az

DƏHŞƏT: İŞİD üzvü doğma anasını edam etdi

DƏHŞƏT: İŞİD üzvü doğma anasını edam etdi

Təhsil

8 Yanvar 2016, 11:59

İŞİD-in özünə paytaxt elan etdiyi Suriyanın Rakka şəhərində qandonduran hadisə baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı İŞİD-çi Əli Sakr doğma anasını dini ideyalardan uzaqlaşdığı üçün məhkəməyə verib.

İŞİD liderlərinin iştirak etdiyi məhkəmə qadına ölüm hökmü çıxarıb. Bundan sonra, Əli Sakr məhkəmənin qərarını şəxsən icra edərək anasının başını kəsib.  

Suriyalı hüquq müdafiəçilərinin məlumatına görə gəncin anası oğluna İŞİD-dən ayrılmağı və hökumət qüvvələrinin nəzarətində olan əraziyə qaçmalarını təklif  edibmiş.    

Vüqar İsmayılov           

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?