Modern.az

İki Koreya dövləti radiogücləndirici duelinə çıxdılar

İki Koreya dövləti radiogücləndirici duelinə çıxdılar

8 Yanvar 2016, 12:19


Şimali və Cənubi Koreya arasında gərginlik davam edir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər bir-birinin sərhədində səsgücləndiricilərdən istifadə etməklə təbliğat yayımına başlayıblar.  

İlk olaraq səsgücləndirici ilə yayıma Cənubi Koreya başlayıb.

Şimali Koreya rəhbərliyini tənqid edən yayım gündüz 10 kilometr, gecələr isə 24 kilometr dərinliyə qədər ərazidə eşidilə bilir.   Buna cavab olaraq, Şimali Koreya da səsgücləndirici ilə qonşu ölkənin ərazisinə yayıma başlayıb.    

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək