Modern.az

Misirdən İsrailə Türkiyəyə görə MESAJ

Misirdən İsrailə Türkiyəyə görə MESAJ

8 Yanvar 2016, 12:31

İsraildə nəşr olunan “Haaretz” qəzeti Misirin son zamanlar intensivləşən Türkiyə-İsrail danışıqlarından narahat olduğunu bildirərək  Qahirənin Təl-əviv rəhbərliyinin "Türkiyə Qəzza zolağından uzaq tutun" mesajı verdiyini bildirib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki,  Misirin Türkiyə-İsrail danışıqları haqqında Təl-əvivdən məlumat istədiyi İsrailin Xarici İşlər Nazirliyi tərəfindən də tərəfindən də təsdiqlənib. “Haaretz”in xəbərinə görə İsrailin Qahirədəki səfiri Haim Koren Misir Xarici İşlər Nazirliyinə çağırılıb. 

Həmçinin Təl-Əvivdəki Misir Səfirliyinin Müvəqqəti İşlər Vəkili də İsrail Xarici İşlər Nazirliyinə gedərək son zamanlar istər Türk və istərsə də İsrail mediasında çıxan "Türkiyə-İsrail danışıqları" və "İsrailin Qəzza blokadasını qaldırma məsələsində yaşıl işıq yandırdığı" yolundakı xəbərlərin doğru olub-olmadığını soruşub.

İsrail Xarici İşlər Nazirliyi sözçüsü Emmanuel Nahşon da  Misirin Türkiyə ilə danışıqlar barədə məlumat istədiyini təsdiqləyib.

2013-cü ildə Müsəlman Qardaşları  rəhbərliyinin hərbi çevrilişlə devrilməsinin ardından Türkiyə ilə diplomatik böhran yaşayan Qahirə rəhbərliyi Ankaranın "Həmas"a dəstək verməsindən narahatlıq keçirir.

Misir rəhbərliyi Həması Sina yarımadasındakı radikal dini qruplara dəstək verməkdə günahlandırır və 2013-cü ildəki hərbi çevrilişdən bəri Qəzza ilə arasındakı  Rəfah həmsərhəd Qapısını demək olar ki, tamamilə qapalı saxlayır.

Bundan başqa, İsrailin Qəzzaya tətbiq etdiyi quru və dəniz blokadasını yüngülləşməsinə şiddətlə qarşı çıxır.

Ağa  Akifoğlu

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək