Modern.az

İŞİD və türk ordusu arasında döyüş: 17 ölü

İŞİD və türk ordusu arasında döyüş: 17 ölü

8 Yanvar 2016, 13:23

 

İŞİD qruplaşması Türkiyə ordusunun İraqın şimalındakı Başika bölgəsindəki təlim düşərgəsinə hücum edib.  

Modern.az “Reuters” agnetliyinə istinadən xəbər verir ki, hücum zamanı türk əsgərləri itki vermədən hücumu dəf ediblər və 17 İŞİD-çini məhv ediblər.  

Türkiyə ordusunun dekabrın 4-də İraqın şimalına qoşun hissələri göndərməsi İraq hökumətinin etirazına səbəb olmuşdu. Rəsmi Bağdad bu hadisəni “düşmən addım” adlandırmışdı.  

Vüqar İsmayılov    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək