Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Şamaxı şəhərində əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, əməliyyat yanvarın 7-də keçirilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Naseh Seyidovdan “Brauninq 1900” markalı tapança götürülüb.
Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq “TOZ-1” markalı ov tüfəngi və 17 ədəd patron aşkar edilərək götürülüb.
Modern.az