Modern.az

Erməni katolikosu “Hizbullah”la görüşdü – FOTO

Erməni katolikosu “Hizbullah”la görüşdü – FOTO

8 Yanvar 2016, 13:46


Kilikiya Erməni katolikosluğunun rəhbəri I Aram ilə “Hizbullah” təşkilatının üzvləri arasında görüş keçirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Yaxın Şərqdəki geosiyasi durumu müzakirə ediblər və ərəb ölkələrindəki erməni icmasının durumu barədə danışıblar.

Görüş Kilikiya Erməni Katolikosluğunun Livanın Beyrut şəhəri yaxınlığındakı iqamətgahında keçrilib.

“Hizbullah” qruplaşmasının lideri Həsən Ruhani uşaqlıq və gənclik illərini Beyrutun erməni məhəlləsi olan Burc Hammudda keçirib.    

Vüqar İsmayılov    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək