Modern.az

Dövlət büdcəsinə daxilolmalar haqda rəsmi AÇIQLAMA

Dövlət büdcəsinə daxilolmalar haqda rəsmi AÇIQLAMA

8 Yanvar 2016, 14:36


Vergilər Nazirliyi 2015-ci ilin yanvar-dekabr ayları ərzində dövlət büdcəsinə daxilolmalar haqqında məlumat yayıb.

Nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az saytına verilən məlumata görə dövlət büdcəsinə daxil olmuş vəsait hesabına proqnoz tapşırığına 100 faiz əməl edilib:

“2015-ci ilin yanvar-dekabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 118 milyon 196,7 min manat vəsait daxil olmuş, proqnoz tapşırığına 100,1 faiz əməl edilib. Hesabat dövründə vergi orqanlarında 76 877 vergi ödəyicisi qeydiyyata alınıb”.  

Gülşən RAUFQIZI  

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?