Modern.az

“CinemaPlus”dan yeni aksiya

 “CinemaPlus”dan yeni aksiya

8 Yanvar 2016, 18:05


Azərbaycanın premium kinoteatrı “CinemaPlus” yanvarın 9-da keçirəcəyi aksiyanı elan edir. Belə ki, aksiya çərçivəsində müştərilər yanvarın 9-u saat 14:30-da nümayiş olunacaq  “Lulunun inanılmaz sirri” cizgi filminə bileti cəmi 1 manata ala biləcəklər.

Cizgi filmi canavar balasının anasının axtarışlarından və qarşılaşdığı hadisələrdən bəhs edir. 

Canavar balası Lulu və dovşan Tom uşaqlıqdan dostluq edirlər. Bir gün Luluya məlum olur ki, o, nahaq yerə özünü yetim sayırmış, çünki, onun anası uzaq canavarlar Ölkəsində yaşayır. Dostlar səfərə çıxmaq qərarı verirlər, harada ki, onları çoxlu sınaqlar gözləyir. Görəsən çətinliklərə baxmayaraq dostluğu qoruyub saxlamaq, Lulunun anasını tapmaq və doğum tarixinin sirr pərdəsini açmaq mümkün olacaqmı? “CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.   

“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir. Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” keçən ay adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.

//cinemaplus.az/ru/news/azrbaycann-premium-kinoteatr-28-cinemann-ad-dyidir/  

  Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək