“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc fermerlərin elektron hökumətdən istifadə bacarıqlarının artırılması və bu sahədə mövcud qanunvericiliyin təbliği” layihəsi ilə əlaqədar bir sıra tədbirlər təşkil olunub. Modern.az xəbər verir ki, tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Kənd Təsərrüfatı Nazirliyi qarşısında aqrar sahələrdə həyata keçirilən tədbirlərin effektivliyinin artırılması üçün iri fermer təsərrüfatlarının yaradılmasında elektron xidmətlərdən istifadənin genişlənməsinin vacibliyi vurğulanıb.
Layihənin əsas məqsədi Elektron hökumət quruculuğu sahəsində qanunvericiliklə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək. Fermerlərinin “Elektron hökumət” layihəsində ictimai fəallığının artırmaq olub. Fermerlərin və elektron hökumət quruculuğu mühiti ilə bağlı məlumat əldə etmək (əlçatımlıq) mexanizmləri yaratmaq, elektron hökumət quruculuğu sahəsində mövcud hüquqi bazanın daha asan və anlaşıqlı formada əldə etmək imkanları müzakirə olunub.
Dəyirmi masalar Şirvan şəhərində, Hacıqabul rayonunda keçirilib və burda bütün maraqlı tərəflərin nümayəndələrinin iştirak edib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi, yerli dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, media qurumlarının nümayəndələri və ekspertlər dəvət olunub.
“Elektron hökumət quruculuğu sahəsində mövcud hüquqi baza” mövzusunda məruzələr dinlənilib. Sosial mediadan və İnternet texnologiyalardan istifadə edərək Elektron hökumət quruculuğu ilə bağlı əlverişli informasiya mühiti formalaşdırılıb.
Modern.az