Modern.az

Yevlaxda müəlliməni öz qardaşı öldürdü

Yevlaxda müəlliməni öz qardaşı öldürdü

12 Yanvar 2016, 16:41

Yevlaxda qətl hadisəsi baş verib.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə Yevlax şəhərindəki 2 saylı musiqi məktəbinin qarşısında qeydə alınıb.

Məktəbdə müəllimə işləyən 35 yaşlı Süleymanova Ahu Nadir qızı məktəbin binası qarşısında qardaşı Hüseynov Veysəl Nadir oğlu tərəfindən bıçaqlanıb.

A. Süleymanova hadisə yerində dünyasını dəyişib. 

Qadının 2 övladının olduğu bildirilir. Qətlin səbəbi məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi