İstanbulda partlayış törədən kamikadzenin şəxsiyyəti müəyyənləşib.
Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş hadisəni 1988-ci il təvəllüdlü suriyalının törətdiyini təsdiqləyib.
“Onun şəxsiyyəti hadisə yerində tapılan ayrı-ayrı bədən üzvlərinin sayəsində identifikasiya olunub”. Kurtulmuş həlak olanların bir hissəsinin də əcnəbi vətəndaşlar olduğunu deyib.
Onun sözlərinə görə 15 yaralıdan 2-nin vəziyyəti xüsusi ilə ağır olduğu üçün onların müalicəsi intensiv şəkildə aparılır.
Vüqar İsmayılov