Modern.az

İlham Əliyevdən Ərdoğana BAŞSAĞLIĞI

İlham Əliyevdən Ərdoğana BAŞSAĞLIĞI

12 Yanvar 2016, 18:02


Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Modern.az xəbər verir ki, prezidentin başsağlığında deyilir:

“Hörmətli cənab Prezident, 

Əziz Qardaşım,

İstanbulun Sultanəhməd meydanında törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca sarsıldıq.

Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə və hamılıqla mübarizə aparılmasını zəruri hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.

Modern.az

   
Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi