Modern.az

Sabirabadda 24 yaşlı oğlan güllələnib

 Sabirabadda 24 yaşlı oğlan güllələnib

12 Yanvar 2016, 20:43


Sabirabad rayonunda güllələnmə hadisəsi baş verib. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Şıxsalahlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 24 yaşlı Nemət Əbülfəz oğlu Məmmədov ayaq nahiyəsindən güllə yarası alıb.

Yaralı dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılaraq Cərrahiyyə şöbəsində əməliyyat olunub.

Hadisənin necə baş verməsi və səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi