Modern.az

İran Amerikadan üzr istəyi tələb edir

İran Amerikadan üzr istəyi tələb edir

13 Yanvar 2016, 11:09

İran Amerikadan hərbi gəmilərinin ölkənin su sərhədlərini pozmasına görə üzr istəməsini tələb edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu tələbi İran İnqilabının Mühafizəçiləri Korpusu irəli sürüb.

Bundan əvvəl, xəbər verilirdi ki, Amerika Hərbi Dəniz Qüvvələrinin 2 kateri Küveytdən Bəhreynə gedərkən təsadüfən İran ərazisinə daxil olublar.

Bu, katerlərdən birinin nasazlığı səbəbindən baş verib. Bildirilir ki, saxlanılan 9 kişi və 1 qadından ibarət amerikalı heyət üzvləri İran təhlükəsizlik qüvvələri tərəfindən etibarlı yerdə qorunur.

Vüqar İsmayılov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi