Modern.az

Bakı metrosunda intihar - özünü qatarın altına atdı

Bakı metrosunda intihar - özünü qatarın altına atdı

13 Yanvar 2016, 11:52

 

Bakı metrosunda intihar hadisəsi baş verib. “Bakı Metrolpoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Modern.az saytına verdiyi məlumata görə intihar etdiyi güman edilən şəxs 30 yaşlarında kişidir:

“Hadisə bu gün saat 11.00 radələrində Bakı Metropoliteninin “Əhmədli” stansiyasında qeydə alınıb. Kameralardakı görüntülərdən görünür ki, qatar platformaya daxil olarkən sərnişin özünü qatarın altına atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib”. N.Paşayev deyib ki, şəxs qatarın altından çıxarılıb:

“Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır. Hələlik şəxsiyyətinin müəyyən olunmayıb”.

N. Paşayev daha sonra bildirib ki, ölən şəxs 1982-ci il təvəllüdlü Qoşqar Etibar oğlu Aşurovdur. 

 

Gülşən RAUFQIZI


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi