Modern.az

OPEK nefti 25,76 dollara qədər ucuzlaşdı

OPEK nefti 25,76 dollara qədər ucuzlaşdı

13 Yanvar 2016, 13:36


OPEK-in (Neft İxracatçıları Ölkələri Təşkilatı)  hasil etdiyi neft dünya bazarlarında 25,76 dollara qədər ucuzlaşıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bugünkü birjalarda 1,31 dollar yaxud 4,84% ucuzlaşan neft OPEK üçün 2003-cü ilin 2 aprel qiymətlərinə qayıdıb.  

Halbuki, ötən gün OPEK neftini qiyməti 27,07 dollar təşkil edirdi.  

2015-ci il də OPEK-in neft zənbilinin orta qiyməti 49,49 dollar, 2014-cü ildə 96,29 dollar və 2013-cü ildə isə 105,87 dollar, 2011-ci ildə 107,46 dollar, 2010-cu ildə 77,45 dollar, 2008-ci ildə isə record 140,73 dollar təşkil  edib.  

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?