Davos iqtisadi forumunun təşkilatçıları Şimali Koreya rəhbərliyinə forumda iştirak etmək üçün göndərdikləri dəvəti ləğv edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb rəsmi Pxenyanın hidrogen bombasını sınaqdan keçirməsi olub. Forum təşkilatçılarının sözlərinə görə Şimali Koreyaya dəvətin göndərilməsi bu ölkədən gələn müsbət siqnallarla bağlı idi.Şimali Koreya nümayəndələrinin 1998-ci ildən bəri Davos forumuna dəvət olunmaları barədə xəbəri ilk dəfə Cənubi Koreya mətbuatı yaymışdı.
Gözlənilirdi ki, kommunist dövlətinin nümayəndə heyətinə xarici işlər naziri Li Su Yön başçılıq edəcək. O, 20 ilə yaxın Koreyanın İsveçrədəki səfiri vəzifəsində çalışmışdı.
Cənubi Koreyanın hidrogen silahını uğurla sınaqdan keçirməsi barədə ilin əvvəllində yaydığı məlumat bütün dünya birliyinin narahatlığına səbəb olmuşdu.
Vüqar İsmayılov