
Bu gün Amerika kinoakademiyası “Oskar” mükafatının nominantlarını elan edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Ən yaxşı kino aktyor” nominasiyasında Leonardo Di Kaprio, Brayan Krenston, Mett Deymon, Eddi Redmeyn və Maykl Fassbender namizəd olub.
“İkinci plan ən yaxşı kişi aktyor” nominasiyasında isə Kristina Beyl, Mark Raffolo, Mark Raylans və Silvestr Stallone yer alıb. Xatırladaq ki, 88-ci “Oskar” kinomərasimi fevralın 28-də Los-Ancelesdə keçiriləcək.
Hazırda mərasim davam edir.
***
“İlin ən yaxşı filmi” nominasiyasında isə 10 namizəd var.
“Sağ qalmış” – Alexandr Qonzalez İnyarittu
“Casus körpüsü” – Stiven Spilberq
“Marslı” – Ridli Skot
“Kerol” – Tod Heyns
“Diqqət mərkəzində” - Tom Makkarti
“Azalan oyun” – Adam Makkey
“Otaq” – Leonard Abrahamson
“Bruklin” – Con Krauli
“Vəhşi Maks: qəzəb yolu” – Corc Miller
“Ən yaxşı rejissor” nominasiyasında Ridli Skot “Marslı”, Alexandru İnyarittu “Sağ qalmış”, Stiven Spilberq “Casus körpüsü”, Tod Heyns “Kerol” və Tom Makkarti “Diqqət mərkəzində” filmlərinə görə təmsil olunur.
“Ən yaxşı” qadın aktrisa nominasiyasında isə Bri Larson “Otaq, Keyt Blanşetv “Kerol”, Sirşa Ronan “Bruklin”, Cenifer Lourens “Coy” və Şarlotta Remplinq “45 il” filmlərinə görə bu şərəfə nail olub.
Vüqar İsmayılov