
Ermənistanın Tavuş vilayətinin qubernatoru Ovik Abovyanın evi yarılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib. Naməlum şəxslər qubernatorun yaşadığı evə balkondan daxil olublar.Onlar Ovik Abovyana məxsus evdən qızıl-zinət əşyaları, külli miqdarda pul və 2 mobil telefon aparıblar.
Faktla bağlı Ermənistan polisi araşdrıma aparır.
Vüqar İsmayılov