Modern.az

Həyat kötəyindənsə, müəllim kötəyi yaxşıdır...

Həyat kötəyindənsə, müəllim kötəyi yaxşıdır...

Təhsil

15 Yanvar 2016, 11:54

Bəşarət Məmmədov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü 

Dünəndən Sumqayıtda bir müəllimin şagirdə qulaqburması verməsinə qəribə reaksiyalar verilməkdədir. Amma sevidirici haldır ki, sosial şəbəkələrdə, hətta informasiya agentliklərində, TV-lərdə də bu məsələnin mahiyyəti haqqında ədalətli, ağıllı fikirlər daha çoxdur. Yəni, müəllimə heç kim bu əməlinə görə haqq qazandırmasa da, şagirdin, ailənin məsuliyyəti də yaddan çıxarılmadı. Təhsil Nazirliyinin operativ və qəti mövqeyi isə Azərbaycan təhsilində belə hallara qarşı barışmaz mövqe olduğunu bir daha ortaya qoydu. Ümumi mənzərə belə deməyə imkan verir: Müəllim peşəkar davranmalı, şagird müəllimi vadar etsə belə, müəllim pedaqoji çərçivədən kənara çıxmamalıdır.

Bu gözəl... Amma gəlin görək, bu mənzərənin yaranmasının digər səbəbləri nədən qaynaqlanır. Evdə uşağı ilə məşğul ola bilməyən valideynlərin əməlinin nəticəsidir ki, bu gün cəmiyyətdə çoxu bir-birinə kəllə atır. Özü də içi boş kəllə))) Axı içi dolu olan kəllə qiymətlidir, sahibi də bunu dəyərini anlayaraq başını ora-bura vurmur))) Bədəni üzərində içi boş kəllə gəzdirən isə məktəbdə, məhlədə heç kimi bəyənmir, özünü hamıdan üstün sayır. Ona nəinki qulaqburması, heç məsləhət də vermək olmaz, bunu özünə təhqir kimi qəbul edər. Belələri məktəbi bitirib sənət sahibi də ola bilmir və ehtiyac onu boğanda başlayır iş axtarmağa... Amma xarakter də yoxdur ki, fəhləlik edə bilsin. Çünki 45 dəqiqəni bir yerdə rahat oturub müəllimi dinləyə bilməyən birinin bütün günü ciddi nəzarət altında işləməyə vərdiş etməsi mümkünsüzdür. Vay o gündən ki, ailə qurulur, ehtiyaclar daha da artır. Bax, burda əlahəzrət həyat öz sözünü deyir. Heç kimi bəyənməyən, ona-buna kəllə atan "qəhrəman"a elə qulaqburması verir, onu elə kötəkləyir ki, onun boş başını daşa-divara vurmaqdan başqa çarəsi qalmır. Ya həyatla barışır, ya da cinayət, məhbəs, narkotik və s. bəlli aqibət... Baxın, bu, HƏYAT KÖTƏYİdir... Bu aqibəti yaşayan adamların çoxu demirmi ki, filan müəllim mənə vaxtilə çox deyirdi ki, "ADAM OL!"

Hələ də cəmiyyətdə çoxlarımız qəbul edə bilmirik ki, məktəb təkcə təhsil ocağı deyil, eyni zamanda tərbiyə ocağıdır. Yəni məktəbi bitirən az və ya çox bilikli olmasından asılı olmayaraq, bir insan, vətəndaş kimi formalaşmalıdır. Və valideynin bir az məsuliyyəti və tələbkarlığı olsa, formalaşır da. Hər kəs orta məktəbi başa vuran və ya məktəbə getməyən insan arasındakı səviyyə fərqini özü müşahidə edə bilər.

Bir də ki, oxumaq elə oturmaqdan, yəni bir yerdə qərar tuta bilməkdən başlayır, ilk növbədə... Axı deyiblər, oxumağa başla bərabər başqa nələrsə də gərəkdir)))

ABŞ kimi dünya nəhəngində məktəb uşağın bütün qayğılarını qarşılayır. Məktəblilər yalnız axşamlar evə yatmağa gedirlər, desək daha aydın mənzərə yaranar. Bununla belə, ABŞ-da aparılan tədqiqatlarla sübuta yetirib ki, şagirdlərin tədris nailiyyətlərinin təxminən 60 faizi valideynlərdən, 40 faizi məktəbdən asılıdır. Buradan hərə öz payını götürə bilər ki, nə etməliyik, necə valideyn olmalıyıq?!

Çoxumuz deyəcəyik ki, imkanı zəif olan necə yaxşı valideyn olsun, uşağına tələbkar yanaşsın. Amma elə deyil. Yaxşı valideyn olmaq üçün, məncə maddiyyatdan oncə gələn məsələlər var. Sadəcə uşaqla maraqlanmaq, onun düşüncələri ilə tanış olmaq lazımdır.

Maraqlı bir həyat hekayəsi danışım Sizə. Rayonların birində bir ailənin 7 oğlu, 1 qızı var. Onların hamısı ali təhsilli, xarici dilləri bilir, musiqi, idman da öz yerində. İndi onların hər biri nənə, babadır. Onlardan biri danışır ki, anam xarici dili kitabını tutardı əlində ki, danışın. Bəzən deyərdi ki, gedin yenidən oxuyun. Deyir, biz də fikirləşirdik ki, anamız ingilis, rus dillərini haradan öyrənib belə?! Ancaq ali məktəbdə oxuyanda bilmişik ki, anamız ümumiyyətlə bu dilləri bilmirmiş...)))

Biz çalışmağa zəhmət çəkmək deyirik, amma Türkiyədə buna "qayret" (yəni qeyrət) deyirlər. Məncə daha dolgun ifadədir. Burada bu söz yerinə düşür... Uşağı böyütmək üçün də QEYRƏT göstərmək lazımdır, əziz valideynlər. Yoxsa, bağışlayın uşağı gətir dünyaya say artır, bu, iş deyil ki...

Buradan belə bir nəticə çıxara bilərik ki, QEYRƏTimiz nə qədərdirsə, övladlarımız, uşaqlarımız da həmin səviyyədədir.

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı