Modern.az

Yaşayış binasında yanğın - 2 nəfər yaralanıb, 20 nəfər təxliyyə olunub

  Yaşayış binasında yanğın - 2 nəfər yaralanıb, 20 nəfər təxliyyə olunub

17 Yanvar 2016, 20:01

 

Bakıda yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hadisə Bakı şəhəri, Qaradağ rayonunda qeydə alınıb. Beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.

Yanğın zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti ilə yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib və digər mənzillərdən 20 nəfər sakin təxliyə olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?